“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.

Komandamız Almaniyada “Frayburq”la üz-üzə gəlib. Hazırda Bundesliqanın lideri olan Frayburq futbolçuları qarşılaşmaya yaxşı başlayıblar. Oyunun əvvəlində VAR-a baxan görüşün baş hakimi Qarabağın qapısına penalti təyin edib. Vinçentso Qrifo fürsəti qaçırmayıb. 15-ci dəqiqədə hesab artıb. Bu dəfə Ritsu Doan qapını dəqiq nişan alıb - 2:0. Bundan sonra təşəbbüsə yiyələnən “Qarabağ” futbolçuları nisbətən fəallaşıblar. Nəticədə fasiləyə kimi hesab arasındakı fərq azalıb. Marko Veşoviç topu qapıdan keçirib. Qoldan ruhlanan futbolçularımız 2-ci hissəyə də fəal başlayıblar. Komandamız rəqib qapısı qarşısında ardıcıl təhlükəli vəziyyətlər yaradıblar. Amma futbolçularımızın səyləri hesabın bərabərləşməsi üçün yetərli olmayıb. 81-ci dəqiqədə Qarabağın hücümu zamanı oyunda 2-ci dəfə VAR-a müraciət olunub. Amma bu epizodda qayda pozuntusu qeydə alınmayıb. Beləliklə, Qarabağ futbolçuları 2-ci hissədə daha yaxşı oynasalar da məğlubiyyətdən xilas ola bilməyiblər - Frayburq – Qarabağ 2:1. Qrupun digər oyununda isə “Nant” Fransada Olimpiakosa eyni hesabla qalib gəlib. Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək 2-ci turda Qarabağ Bakıda “Nant”ı qəbul edəcək.